Məşhur şoumen Mehmet Ali Erbilin təxminən qızı yaşında olan bir xanımla otellərdən birindən çıxarkən görüntülənib.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük avtomobilin gəlməsini gözləyərkən paparazzilərə tuş gəlib.

Jurnalistləri görən Mehmetin kefi pozulub. O, avtomobil gəldikdə sürətlə ona oturub və heç bir suala cavab vermədən ərazidən uzaqlaşıb.

Xatırladaq ki, şoumenin adı bundan öncə də 25 yaşlı Hazal Mesudiyeli ilə hallanıb.

Erbilin qızı yaşlı xanımlarla sevgili olması yaxşı qarşılanmayıb.

Qeyd edək ki, Hazal Mesudiyeli daha öncə də tanınmış iş adamı Ali Ağaoğlu ilə münasibətdə olmuşdu.