CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti ötən həftənin son iş günü 53,98 dollar/barel təşkil edib ki, bu da son göstəricidən 0,48 dollar/barel azdır.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti isə 53,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 50,95 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 0,49 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 52,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.