Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün ilk turu çərçivəsində keçiriləcək "Zirə - "Səbail oyununun başlama saatı açıqlanıb. 

Unikal.org "Zirənin saytına istinadən xəbər verir ki, avqustun 13-də baş tutacaq görüş saat 19:00-da start götürəcək.

Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, "Zirə ölkə çempionatının ötən mövsümündə 4-cü yeri tutmuşdu. "Səbail isə ilk dəfə elitada mübarizəyə qatılacaq.