Məşhur azərbaycanlı müğənni və biznesmen Emin Ağalarov İnstagram sosial şəbəkəsində sevgilisi Alyona Qavrilova ilə yeni şəklini paylaşıb.

Unikal.org-un məlumatına görə, EMİN sevgilisini ad günü münasibətilə təbrik edib.

"Ad günün mübarək, sevgilim! Çox sağ ol ki, hər günümü xüsusi edirsən, - EMİN fotonun şərh bölməsində yazıb.

Qeyd edək ki, müğənni 29 yaşlı model Alyona Qavrilova ilə görüşür. Modelin milyarder Rüstəm Tarikodan bir oğlu var.