"Hörmətli Qurbanqulu Məlikquluyeviç. Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Türkmənistan-Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafında çox mühüm addım olacaq.

Unikal.org-un  xəbərinə görə, bunu Bakıda Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi təkbətək görüşdə deyib.

"Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var.

Sizi bir daha səmimiyyətlə salamlayıram, "Xoş gəlmisiniz deyirəm. Əminəm ki, səfəriniz çox uğurlu olacaq,- dövlət başçısı bildirib.