Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi V Asiya Oyunlarının təntənəli açılış mərasiminə dəvət edib.

Unikal.org xəbər verir ki, Türkmənistan Prezidenti dəvəti avqustun 8-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə çatdırıb.

"Fürsətdən istifadə edib, Sizi Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştiraka dəvət edirəm. Açılış sentyabrın 17-də olacaq. Sizi və Sizin nümayəndə heyətinin üzvlərini böyük ehtiramla dəvət edirəm", - Qurbanqulu Berdiməhəmmədov əlavə edib.