Yanvar-iyul aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.

Bu barədə Unikal.org-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib. 

2017-ci ilin yanvar-iyul ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 4 milyard 84 milyon 988,4 min manat məbləğində vəsait ödənilərək Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırığına 100,1 faiz əməl olunub.