Xəbər verdiyimiz kimi, avqustun 7-də Sumqayıtda qətl hadisəsi baş verib. 1982-ci il təvəllüdlü Sevda Bayramovanı ilkin ehtimallara görə, Fəttah Nuriyev əvvəlcə zorlayıb. Sonra isə boğaraq öldürüb.

Unikal.org Xeberle.com-a istinadən məlumat verir ki, S.Bayramova Sumqayıt məktəblərinin birində direktor müavini işləyən şəxsin gəlini olub (bizə məlumdur, açıqlamırıq - red.). Mərhumun Sumqayıtda məhəllələrin birində kirayə yaşadığı bildirilir.

S.Bayramovanın 2 övladı var.

Əldə etdiyimiz fotolardan belə məlum olur ki,S.Bayramova toxuculuqla məşğul olub.