Dilənçi qadından ŞOK ETİRAF: Anam Rübabə Muradova, atam isə Süleyman Rüstəmdir"

09 Avqust 2017 [12:01]


Bədbəxtliyə düçar olmuş insanların dünyasını gözəgörünməz divarlar, qapılar məhv edir. Belə olan halda isə ehtiyaclar sonsuz olur. Amma bəzən maddi ehtiyaclarımız mənəvi ehtiyaclarımızı daha çox üstələyir. Bəzən də ehtiyac üzündən küçədə, metroda, avtobusda dilənən minlərlə dilənçilərlə rastlaşırıq. Əksəriyyəti isə qadınlardır. "Qadın zərif məxluqdur” deyirlər. Zəif yox, zərif... Çox vaxt onların yanından ötsək də, ovcuna qəpik-quruş qoysaq da, bir dəfə də olsun pul uzadanda yaxınlaşıb dərdlərini bölüşmürük.

Haqqında söhbət açacağım qadın ölkədə tanınan, Azərbaycan SSR Xalq Artisti Rübabə Muradovanın qızı 55 yaşlı Nailə Muradovadır. Onu metronun "Nərimanov” stansiyası tərəfdə, kiçik bir köşkün küncünə sığınıb, astadan zümzümə edərək, diləndiyini gördüm. Ayaq saxlayıb bir neçə dəqiqə müşahidə elədim. İstədim yoluma davam edim, amma dayandım. Doğrusu, maraq məni bürümüşdü. Yaxınlaşdım və söhbətə başladıq...

Unikal.org Sfera.az-a istinadən 55 yaşlı Nailə Muradovanın həyat hekayəsini oxuculara təqdim edir:

- Bayaqdan sizə baxıram. Niyə ağlayırsınız?

- Ay bala, dərdim böyükdür. Allah heç bir ananı övladla sınağa çəkməsin. De ki, ana, heç ağlamayan günün var? Kaş ki, öləydim. Əzab-əziyyətlə bala böyütdüm, bəhrəsini görən vaxt bala da belə olsun (hönkürtü ilə ağlayır).

- Oğlunuza nə olub ki?

- Oğlum iki ilə yaxındır xərçəng xəstəsidir (ağlayır). 35 yaşı var, özü də subaydı.

- Bəs, oğlunuzdan başqa övladınız var?
- (Hikkə ilə) Var! O, bu oğlumdan üç yaş balacadı. İki il olar ki, Rusiyaya işləmək adı ilə gedib. Orda da bir rusa ilişib qaldı. Rusdan bir qızı var. Heç elə bil onun bir anası, bir xəstə qardaşı yoxdu burda. Nə vaxt zəng etsək ağzımızı açmamış, "mənim də vəziyyətim ağırdı, imkan yoxdu", deyir. Bir qəpik də olsun bizə kömək etmir. Mən cəhənnəm, heç olmasa zəng edib quru-quru da olsa qardaşının xəstəliyi ilə maraqlanmır. Ancaq düşüb bir rusun dalına. Elə bil o rus buna əziyyət çəkib böyüdüb, biz yox. Biz olmuşuq yad, o olub doğma (doluxsunur).

- Deyirsiniz ki, zəng edib maraqlanmır. Bəs, Rusiyada olduğu müddət ərzində gəlibmi?
- Hə, bir dəfə gəlib. Kaş gəlməzdi. Onda da ailə uşağını gətirmişdi. Elə oğlumu da o azara saldı. Oğlum ona nə qədər dedi ki, uşağı saxla, bunu apar itir. Sözümüzə qulaq asmadı. Elə-elə əsəblər balamın axırına çıxdı. İndi heç zəng edib demir ki, "ay ana, ölmüsünüz, qalmısınız. Nə yeyib, nə içirsiniz?" Görün, belə də övlad olar? Əziyyətlə böyüt, başa çatdır, bu da belə nankor çıxsın (ağlayır).


Bir anlıq susur, gözləri yol çəkir və davam edir...

- Bəs, həyat yoldaşınız?

- Ehhh a qızım, kaş ərim sağ qalardı. O sağ qalsaydı mən indi dilənçilik etməzdim. Balamın dərdi onunda ürəynii partladıb öldürdü. O öləndən sonra yüküm daha da ağır oldu. Artıq 6-cı aydır ki, işləmirəm. Ancaq günümü dilənməklə keçirirəm. Əvvəllər evdə hər gün 200-300 peraşki bişirir, aparıb "Vasmoy bazarı"nda satırdım. Orda hamı məni tanıyırdı. Bilirdilər ki, təmizkar qadınam. Oğlumun bu xəbərini eşidəndən sonra belim qırıldı (kövrəlir). İndi də ayaqlarım tutulub gəzə bilmirəm. Axşamlar gəlirəm, elə bu küncdə oturub balamçün gündəlik "çörəkpulu" dilənib gedirəm. İmkanım yaxşı deyil, neyniyim, təkbaşına qalmışam, gücüm nəyə yetirsə, onu da edirəm. Balamı gəzdirmədiyim həkimlər qalmayıb. Ta ki, İrana, Türkiyəyə qədər aparmışam. Hərəsi bir cür xəstəlik deyir, ancaq axırda xərçəng xəstəsi olmağı dəqiqləşdi. Elə mənimdə belimi qıran balamın bu pis xəstəliyə tutulması oldu.

- Həyat yoldaşınız tərəfdən kimsə sizinlə maraqlanır?

- (Kövrəlir) Yox... Yoldaşım sağlığında "Soyuducu Zavodu"nda işləyib. Onda qayınlarımın, baldızlarımın hamısının gəl-gedi vardı. Necə ki, yoldaşım öldü, onlar da öldü. Ərim hamısına əl tuturdu, hamısının yanan əli idi. Ancaq indi biri də yaxın durub bizimlə maraqlanmır.


Sözünü bitirməmiş hönkürtü ilə ağlmağa başlayır. Fikrini yayındırmaq üçün keçmişindən sual verirəm...

- Nailə xanım, sakitləşin. Bəlkə özünüz haqda danışasınız, həyat yoldaşınızla necə tanış olmusunuz?
- Nə danışım, ay qızım. Atalı-analı yetim böyüdüm. Nə atam mənimlə maraqlandı, nə də anam. Onu deyim ki, anamda tanınmış olub, atamda. O vaxt eşitdiyimə görə, anam başqası ilə ailəli olduğu üçün mən dünyaya gələn kimi "detdoma" verib. Heç bir dəfə də olsun mənim dalımca gəlmədi. Anam qadın idi, onu çox qınamıram. Atam da maraqlanmadı. Ancaq anam internata verəndə tapşırmışdı ki, mənə xüsusi diqqət yetirsinilər. 16 yaşıma qədər internatda qaldım. İnternatda da 16 yaşa qədər saxlayırdılar. ərimlə də tanışlığım internatda baş tutdu. Bizi həyətə buraxanda bir-birimizi görüb bəyənmişdik. Yeniyetmə qız idim də... Sonra elə oldu ki, mənim 16 yaşım tamam olanda anama zəng edib demişdilər ki, "biz qızınızı sizin sözünüzlə qoruduq, indi də siz sahib çıxın". O da mənə "Vasmoy" tərəfdə bir otaqlı ev aldı. Yoldaşımgil altı qardaş, iki bacı idilər. Ailələri çox kasıb idi. Yoldaşımda bilirdi ki, məndən başqası ilə ailə qursa qalmağa yeri olmayacaq, ailəsini saxlaya bilməyəcək. Ancaq yoldaşım tərəf mən internatda böyüdüyüm üçün mənimlə evlənməyini istəmirdilər. O heç kimin sözünə baxmadı və mən internatdan çıxanda ailə qurduq. Anamın mənə hədiyyə etdiyi evdə yaşadıq, ta ki, oğlanlarım böyüyüb ali təhsil alana qədər biz bir otaqlıda qaldıq.

- Deyirsiniz ki, ananız da, atanız da tanınmış insanlar olub...
- (Ağzını büzüb əllərini yelləyir) Əlbəttə... Anam Xalq artisti Rübabə Muradova. Atam isə şair Süleyman Rüstəm. O vaxt eşitdiyimə görə anam Rübabə Muradova atamdan oxumaq üçün mahnı alanda pulu olmayıb. Və münasibətləri yaranıb, həmin isti münasibətin qurbanı mən olmuşam, mənə hamilə qalıb (ağlayır). Ancaq anam yazıq neynəsin o biri ailəsi dağılmasın deyə, məni dnüyaya gətirsə də, mənə baxa bilməyib. Anam qadın idi də, anamı çox qınaya bilmirəm, atamki kişi idi. O maraqlana bilərdi də. Sağ olsun anam, bir otaqlı da olsa, yenə bir ev aldı. Küçələrdə qoymadı məni.


- Ananız dünyasını dəyişəndə yas mərasiminə getdiniz?
- Yox, getmədim. Nə anamın, nə də atamın yas mərasiminə getmədim.

Nailə xanımı nə qədər ovundurmağa çalışsam da, alınmırdı. Öz-özünə deyinib: "İndi mənim dilənən yox, balamın toyunda oynayan vaxtımdı",- deyirdi...











SON XƏBƏRLƏR davamı
2017-10-20
2017-10-19












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.76%)
Xeyir (88.24%)


TƏQVİM