2018 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında debüt edəcək "Səbail klubunda yeni təyinat olub.

Unikal.org xəbər verir ki, bu barədə klubdan report-a məlumat verilib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis vəzifəsində çalışan Törə Əhmədova "Səbailin mətbuat xidmətinin rəhbəri təyin edilib.

Qeyd edək ki, Törə Əhmədova bu vəzifədə "Səbailin Müşahidə Şurasına üzv seçilən Firuz Abdullanı əvəzləyib.