Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun istintaq işi yekunlaşıb.

Unikal.org xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baş tutan prosesdə A.Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov bir neçə vəsattələ çıxış edib.

Onlar bir sıra sənədlərin sübutlar siyahısından çıxarılmasını, A.Çovdarovun Tibbi Məhkəmə Ekspertizanın təkrar keçirilməsini tələb ediblər.

Məhkəmə iclasında vəsatətlərlə bağlı müzakirələr aparılıb, ancaq təmin edilməyib.

Məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.