Baş Nazirin müavini, "Qaçqınkomun sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı "Gelandewagen markalı maşının vurması nəticəsində ağır yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və xanımı Songül Tekişdən xəbər var.

Unikal.org xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, artıq hər iki zərərçəkən şəxs Türkiyəyə aparılıb. Cütlük qardaş ölkəyə Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən ayrılan şəxsi təyyarə vasitəsilə çatdırılıb. Onlar Ankarada GATA xəstəxanasında yerləşdiriliblər. Bu gün isə zərərçəkən valideynlərin uşaqları Türkiyəyə yola salınacaq.

Məlumata görə, bu prosesdə bütün xərcləri "Qaçqınkom sədri Əli Həsənov öz üzərinə götürüb.

Cütlüyün sağlamlıq vəziyyətinə gəlincə, Sönkül Tekişin həyatı təhlükəsi aradan qalxsa da, onun şikəst qalma ehtimalı davam edir. Əri Mütallib Tekişin vəziyyəti isə kritikdir.