Rusiyada azərbaycanlı gənc özünü asıb.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, hadisə Lipetsk şəhərində qeydə alınıb. Orada yaşayan 20 yaşlı azərbaycanlı özünü ağacdan asaraq intihar edib.

Qeyd edək ki, azərbaycanlı pul qazanmaq məqsədilə Lipetsk şəhərindəki qohumlarının yanına gedibmiş. Onun meyiti parkda gəzən yerli sakin tərəfindən aşkarlanıb.