Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ - "Kopenhagen matçının biletlərinin satış tarixi bəlli olub.

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, qarşılaşmanı izləmək istəyən azarkeşlər avqustun 12-dən - şənbə günündən etibarən bilet ala biləcəklər.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkün olacaq. Qiymətlər sektorlara görə 1, 2, 3, 5 və 10 manat arasında satılacaq. VİP biletlər isə 50 manat dəyərində olacaq.
Qeyd edək ki, "Qarabağ - "Kopenhagen matçı avqustun 15-də Bakıda keçiriləcək və 21:00-da start götürəcək.