Qazaxıstanın "Azem aerodromunda "Texnam 2002 təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

Bildirilib ki, qəza nəticəsində təlimçi-pilot və kursant ölüb. 

Məlumata görə, hadisə "Texnam 2002 təlim-məşq tapşırığı uçuşunu icra edəndən sonra baş verib və təyyarə aerodromdan 2 km aralıdakı əraziyə düşüb.