Azərbaycan millisi FİFA reytinqində 79-cu pillədə qərarlaşıb.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, yığmamız bununla da tarixinin 4-cü göstəricisinə imza atıb.

Belə ki, komandamız FİFA reytinqinin 23 illik tarixində yalnız 3 dəfə daha yüksək pillədə qərarlaşıb. Sonuncu belə uğurumuz cəmi iki ay öncə yaşanıb.

Bu ayın iyununda Robert Prosineçkinin yetirmələri planetin 76-cısı idi. Ardınca 80-ci pilləyə yuvarlanan komandamız 1 addımlıq irəliləyişə nail olub.

Millimizin tarixində ən yüksək nəticə isə 73-cü pillədi. Komandamız 2013-cü il iyul və avqust aylarında 73-cü sırada qərarlaşmışdı.