Tanınmış jurnalist Ülviyyə Alovlu big.az saytının baş redaktoru vəzifəsindən kənarlaşdırılıb.

Unikal.org BakuPost.az-a istinadən xəbər verir ki,  jurnalist tutduğu postdan 2 gün əvvəl uzaqlaşdırılıb.

Big.az saytından faktı təsdiqləyiblər.

Xatırladaq ki, Ülviyyə Alovlu əvvəllər ANS, "Lider" telekanallarında, "Röya", "Dostum" jurnallarında, eləcə də 1news.az və gun.az saytlarında redaktor və baş redaktor vəzifələrində çalışıb.