Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Parça Xələc kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Xankişiyeva Kəmalə Baba qızı bud nahiyəsinin bıçaqla deşilmiş yarası ilə Salyan Mərəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.