Əməkdar artist Kəmalə Müzəffər ATV-də yayımlanan "Vicdan haqqı serialı ilə bağlı açıqlama verib.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, aktrisa ilk dəfə ekran işinin ikinci mövsümündə iştirak edib-etməyəcəyindən danışıb.

"Hamı çoxlu suallar ünvanlayır ki, seriala qayıdacağam, ya yox. Cavab vermədikcə də təhdidlər artır. Anlayıram ki, bunların hamısı sevgidəndir. "Vicdan haqqı serialına qayıtmayacağam. Amma məndə olan məlumata görə başqa bir aktrisa bu obrazı canlandıracaq. İnşallah daha möhtəşəm, daha uğurlu və daha fərqli ifa tərzi ilə sizin qarşınıza çıxar və sevginizi qazanar.

Əməkdar artist onu əvəz edəcək aktrisanın kim olduğunu bilmədiyini söyləyib.

Qeyd edək ki, K.Müzəffər serialda "Dilarə obrazını canlandırıb.