Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 11-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.

Bu barədə unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov "Beynəlxalq ordu oyunları - 2017 yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.