Kliniki ölüm keçirən aktrisa dəfn edilmir - Anası imkan vermir

11 Avqust 2017 [16:16]


Türkiyədə dünyasını dəyişdiyi deyilən gənc aktrisa Mila Əminə hələ də süni nəfəs aparatından ayrılmayıb. Anası onun həyata qayıdacağına ümid bəslədiyi üçün buna razılıq vermir. Hansı ki, aktrisanın xalası qızı Rübabə Səfərova saytımıza açıqlamasında onun bugün saat 12:00 radələrində süni nəfəs aparatından ayrılaraq dəfn olunacağını demişdi.

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı yenicag.az-ın yenidən əlaqə saxladığı Rübabə Səfərova bildirib ki, Milanın anası qızının ölümündən şok keçirib. O, Milanın süni nəfəs aparatından ayrılmasına icazə vermir: "Ürəyi döyünən qızını necə aparıb dəfn etsin? Amma həkimlərin ümidi yoxdur. Onlar hətta Milanın ürək və digər orqanlarının bağışlanması üçün anasına müraciət də ediblər. Xalam isə buna razılıq vermir. Mila daha iki gün süni nəfəs aparatında saxlanılacaq”.

Aktrisanın xalası qızı Milanın imkansızlıq üzündən Türkiyədə kimsəsizlər qəbristanlığında dəfn olunacağı ilə bağlı yayılan xəbərə də aydınlıq gətirib: "Onu kimsəsizlər qəbristanlığında dəfn etməyəcəyik. Biz Türkiyədə konsulluqla danışıqlar aparırıq. Əgər Milanın anasını yola gətirə bilsək, konsulluğun köməyi ilə cənazəni Azərbaycana aparacağıq. Bunun üçün Milanın Azərbaycandakı dostları da maddi kömək edəcək. Ana razılıq verməsə, məcburuq Türkiyədə onu dəfn etmək üçün qəbristanlıqda yer alaq. Hələlik gözləyirik”.










SON XƏBƏRLƏR davamı
2017-12-14










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.87%)
Xeyir (91.13%)