Azərbaycanlı uşu idmançısı Emin İsmayılov Gənclər və İdman Nazirliyinin qarşısında aksiya keçirib. 

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, o, üzərinə benzin tökərək nazirliyə etiraz edib.

İdmançı "üç ildir ki, məni süründürürsünüz, cəsarətiniz varsa, mənə yaxınlaşın, özümü yandıracam deyib.

Polislərin müdaxiləsindən sonra o, hadisə yerindən uzaqlaşdırılıb.