Azərbaycanda futbol üzrə 2017/18 mövsümünə start verilib.

Unikal.org xəbər verir ki, Premyer Liqanın ilk turunun açılış oyununda "Neftçi və "Qarabağ üz-üzə gəlir.

"Bakcell Arenada baş tutan və saat 21:00-da başlayan matçın start fitindən əvvəl dövlət himni səslənib.

Artıq oyunun 14-cü dəqiqəsində "Qarabağ"ın oyunçusu Mahir Mədətov hesabı açıb.

Qeyd edək ki, ilk turun oyunları 3 günü əhatə edəcək. "İnter - "Qəbələ matçı avqustun 12-ə təyin edilib. "Sumqayıt - "Kəpəz və "Zirə - "Səbail qarşılaşmaları isə bazar günü keçiriləcək.