Ümumrusiya Gənclər Forumunun iştirakçısı olan dağıstanlı gənc Rusiyanın xarici işlər naziri Sergey Lavrova qəribə təşəkkür edib.

"Mən sizə təşəkkür edirəm. Həmişə milyonların gözü qarşısında olmanıza baxmayaraq, bir dəfə də olsun pis vəziyyətdə qalmamısınız.

Unikal.org xəbərverir ki, gəncin bu deyimi Lavrovun gülüşünə və digər iştirakçıların alqışına səbəb olub.

Lavrov isə ona zarafatyana sual verib:"Ananızın canına and içirsiniz?.

Dağıstanlı gənc isə razılıq əlaməti bildirərək xarici işlər nazirinə və Putinə minnətdarlığını bildirib. Və əlavə edib ki,onların sayəsində Rusiya ən güclü və ən yaxşı ölkə kimi qalacaq.

Gənc həmçinin Lavrovdan gələcəkdə xələfinin kim olacağını soruşub.
Nazir isə cavabında bu məsələləri dövlət başçısnın həll etdiyini deyib.