Stilist Eliz Sakuçoğlu məkanların birindən çıxarkən görüntülənib.

Unikal.org bildirir ki, stilist keçmiş sevgilisi Beran Benanın onunla yenidən barışmaq istəməsi iddialarına cavab verib. Eliz belə bir şeyin mümkün olmadığını deyib:

"Belə bir şey yoxdur. Çox gözəl 2 il yaşadıq, amma hər şey qurtardı".

Xatırladaq ki, Elizlə Beran toylarına bir neçə gün qalmış ayrılıblar. Cütlüyün ayrılma səbəbi bilinmir.