Qazax şəhərində avtomobil qəzası baş verib.

Unikal.org report-a istinad'n məlumatına görə, hadisə şəhərin "SU-15" deyilən ərazisində qeydə alınıb.

Belə ki, "Lexus" markalı avtomobillə "VAZ -21099" markalı avtomobilin toqquşması nəticəsində sürücülər və iki sərnişin xəsarət alıb. Həkimlər onlardan birinin vəziyyətini orta-ağır, digərlərinin durumunu isə qənaətbəxş kimi qiymətləndiriblər.
Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.