Polis Mingəçevirdə əməliyyat keçirdi - Tural Qədirovdan 4 kiloqram marixuana götürüldü

12 Avqust 2017 [16:27]


Mingəçevir şəhər sakini Tural Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, avqustun 11-də Şəki ŞRPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş T.Qədirovdan 4 kiloqram 105 qram marixuana götürülüb.

Aparılan tədbirlərlə onun Aydınbulaq kəndi ərazisindəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi 17 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.









SON XƏBƏRLƏR davamı
2017-08-23
2017-08-22










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (15%)
Xeyir (85%)


TƏQVİM