Bərdə rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, avqustun 11-də saat 13 radələrində Bərdə rayonu ərazisində Göygöl rayon sakini Elşad Əkbərov idarə etdiyi "Shacman markalı avtomobillə qarşıda gedən Yevlax rayon sakini Arzuman Dadaşovun idarə etdiyi "MTZ-80 markalı traktoru vurub.

Qəzada A.Dadaşovun sərnişini, həmyerlisi Elşad Kərimov hadisə yerində ölüb.

DİN-in Baş istintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.