SON XƏBƏRLƏR
17 Iyul 2018
16 Iyul 2018
Sumqayıtda silsilə oğurluqların "qəhrəman"ı YAXALANDI
KRİMİNAL 17:43 / 12.08.2017
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Ceyhun Fyodorovun bir neçə digər oğurluq cinayətlərini törətməsi də müəyyən edilib.

Unikal.org Trend-ə istinadən bildirir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan C.Fyodorovla bağlı Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin aprel-iyul ayları ərzində şəhər ərazisində 1 evin qarşısından velosiped və təmir-tikinti alətləri, 1 evdən 605 manat pul və qızıl əşyalar, 1 evin həyətindən geyim əşyaları, şəhər sakini olan bir nəfərin 10 000 ABŞ dolları, 700 manat və 40 avro pulunu, 1 qarajdan qaynaq aparatı, habelə binalardan birinin girişindəki liftin əyləc dodağını və mərasim zallarından birindən samovar oğurlaması da müəyyən edilib.