Serbiya NATO üzvü olmağa hazırlaşmır və ittifaqdan, eləcə də digər ölkələrdən onun neytral mövqeyinə hörmət etməyə çağırır.

Bu sözləri Serbiya Müdafiə naziri Aleksandr Vulin RİA-ya açıqlamasında deyib.

"Biz əlbəttə ki, "Sülh üçün əməkdaşlıq çərçivəsində NATO ilə partnyorluq edirik. Biz həmişə NATO və digər üzv olmayan dövlətlərə bəyan edirik ki, Serbiya hərbi neytrallığını qoruyur və ittifaqın üzvü olmağa hazırlaşmışır. Nə qədər ki, Aleksandr Vuçiç prezident və ali baş komandandır, mən müdafiə naziriyəm Serbiya NATO-ya üzv olmayacaq, - Vulin bildirib.