Türkiyənin Tunceli vilayətinin Çiçəkli bölgəsində PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyatlar başlanılıb.

Unikal.org xəbər verir ki, PKK-çıların Zervgavut meşələrində PUA-lar tərəfindən müəyyən edilən yerləri Fırtına topları vasitəsilə hədəf alınır.

Terrorçuların ərazidən qaçmaması üçün xüsusi təyinatlı qüvvələr də əməliyyata cəlb edilib.

Qeyd edək ki, sözügedən ərazidə ötən gün 2 türk əsgəri şəhid olmuşdu.