"Rusiya və Azərbaycan hərbi əməkdaşlığı inkişaf etdirəcəklər" - Zakir Həsənov

12 Avqust 2017 [23:24]


Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində hərtərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Unikal.org-un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov.

"Bizdə hərbi sahədə çox istiqamətlərdə əməkdaşlıq inkişaf edir - hərbi-texniki əməkdaşlıq sahəsində, hərbi təhsil, birgə təlimlər və məşğuliyyətlər sahəsində. Mən hesab edirəm ki, bizdə böyük perspektivlər var, gələcəkdə biz bu əməkdaşlığı inkişaf etdirəcəyik", - deyə Azərbaycanın Müdafiə naziri bildirib.

Həsənov qeyd edib ki, Rusiya Federasiyası və Azərbaycan Xəzər dənizində birgə təlimlər keçirib.

Onun sözlərinə görə, Azərbaycandan bir çox zabitlər və kursantlar Rusiya Federasiyasının hərbi təhsil müəssisələrində təhsil alırlar. Rusiyada istehsal olunan bir çox texnika Azərbaycan ordusunun silahlanmasında var.











SON XƏBƏRLƏR davamı
2017-12-14










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.87%)
Xeyir (91.13%)