Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un  apa-ya verdiyi məlumata görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.
Kənd sakini 2004-cü il təvəllüdlü Ella Qasımova yolu keçən zaman "Niva markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 13 yaşlı qız hadisə yerində ölüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.