Bu gün İranın Dizful şəhərində xlor sızması nəticəsində zəhərlənənlərin sayı 475 nəfərə çatıb.

Unikal.org-un "Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, xlor sızması baş verən anbar su təchizatı ilə məşğul olan şirkətə məxsusdur.

Bundan əvvəl Dizful şəhərinin 362 sakininin xlordan zəhərləndiyi, onların əksəriyyətinin ilkin tibbi yardımdan sonra evə buraxıldığı, xəstəxanada 45 nəfərin qaldığı bildirilib.

xxx


İranın Dizful şəhərində anbarda xlor sızması baş verib.

Unikal.org-un İRNA agentliyinə istinadən verdiyi məlumata görə, xlor sızmasından 362 nəfər zəhərlənib.
Həmin şəxslərin nəfəs almasında problemlər, zəhərlənmənin digər əlamətləri müşayiət olunub. Həkimlər zəhərlənən şəxslərə təcili tibbi yardım göstərib. Onların çoxu xəstəxanadan evə buraxılıb.

Hadisənin təfərrüatları açıqlanmır.