Cari ilin iyul ayında əcnəbilərin Türkiyədə etdiyi alış-verişin həcmi açıqlanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatları "Global Blue Türkiye" şirkəti təqdim edib.

Siyahının ilk pilləsində Rusiya qərarlaşıb. Belə ki, Rusiya vətəndaşları iyul ayında Türkiyədə 3,2 milyon lirəlik alış-veriş edib. Bu göstərici ötən ilin müvafiq dövründə 630 min lirə olub. Təqdim olunan statistik göstəricilərdən belə məlum olur ki,rus turistlər cari ilin müvafiq dövründə 5 dəfədən çox ticarət ediblər.

Hesablamalara görə cari ilin iyun ayına kimi Türkiyəyə 763 min nəfər rus turist gəlib.

İkinci yerdə Çin, üçüncü yerdə isə Küveyt qərarlaşıb.

Sonrakı yerləri isə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan, İran və Qətər tutur.