Türkiyəli aktyor Kuzey Varqın yüksək təzyiqdən əziyyət çəkdiyi üçün uzun müddətdir xəstəxanaya yerləşdirilmişdi.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1,5 aydır reanimasiyada olan Kuzey bu gün səhər saatlarında vəfat edib.

Xatırladaq ki, Varqın sonuncu dəfə "Kurtlar vadisi pusu" serialında Adil Eşrefoğlu obrazını canlandırıb.