Daşkəsəndə iki avtomobil toqquşub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun Bayan kəndindən keçən hissəsində baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşısına çıxan "VAZ-21015" markalı avtomobilə çırpılıb. Nəticədə taksinin sürücüsü və bir sərnişini, həmçinin digər avtomobildəki sərnişin xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.