Türkiyə paytaxtı Ankarada avtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb.

Unikal.org haberler.com-a istinadən xəbər verir ki, hadisə Ankara-Konya avtomobil yolunun 71 km-liyində olub.

Məlumata görə, sərnişin avtobusu inəyə çarpılaraq, yoldan çıxıb və aşıb.

Avtobus Erdekden Hataya gedirmiş.