Goranboy rayonunda intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Kəlbəcər rayonundan olan məcburi köçkün, 1933-cü il təvəllüdlü Səmayə Əli qızı Musayeva Goranboy rayonunda məskunlaşdığı evin zirzəmisində özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xocalı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.