Bakıda intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə dünən saat 12 radələrində Nizami rayon, Elşən Süleymanov küçəsi, bina 149, mənzil 154-də baş verib.

Belə ki, həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Həzrət Əsəddulla oğlu Musayev yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb.