Tovuz rayon sakinin ilan sancıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Hüseynova Kəmalə Sabir qızı həyətyanı sahəsində işləyən zaman ilan onun ayağından sancıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.