Xəbər verdiyimiz kimi, dünyanın nəhəng internet-portallarından olan MSN (Microsoft Network) əcnəbilərin ən rahat şəkildə viza ala biləcəkləri 5 ölkənin siyahısını dərc edib. Azərbaycan reytinqdə birinci yeri tutub.

Unikal.org  virtualaz.org-a istinadən xəbər verir ki, MSN ölkəmiz haqqında məlumatı "gülərüz polis əməkdaşının fotoşəkli ilə müşayiət edib.

Bildirilir ki, bu yaxınlara qədər Azərbaycan viza almaq üçün ən çətin ölkələrin siyahısına daxil idi. "Ölkəni ziyarət etmək üçün viza alınması uzun və əzablı proses idi və uğura heç bir zəmanət yox idi. Lakin hakimiyyət (Azərbaycan hakimiyyəti - red.) elektron viza tətbiq etməklə təəccübləndirdi, - məqalənin müəllifləri yazır.