Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı kimi, daha 50 nəfər əlilliyi olan şəxs Quba rayonundakı istirahət mərkəzinə göndərilib.

Unikal.org xəbər verir ki, əlilliyi olan şəxslərin yola salınması zamanı ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılması, onların, o cümlədən əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən bəhs edilib. Qeyd olunub ki, bu tədbirlərin bir istiqaməti də əlilliyi olan insanların yaz-yay mövsümündə respublikamızın səfalı guşələrində istirahətinin təşkil edilməsinə yönəlib. Bu ilin may ayından, yəni yaz-yay mövsümü başlanandan bəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 1015 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə göndərilib. Onlardan 400 nəfərinin Xaçmaz, 365 nəfərinin Lənkəran, qalan hissəsinin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil olunub. Həmin şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması da xüsusi nəqliyyat vasitəsi ilə həyata keçirilir.