Xaçmaz rayonunda intihar olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə rayonun Qusarçay kəndində baş verib.

Kənd sakini, 1970-ci il təvəllüdlü Babaverdiyev Rauf Mirabbas oğlu özünü asıb.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.