Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Binəqədi rayonu Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad- Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 15-dən etibarən qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol ASC-nin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək - yəni 4 gün avqustun 19- na kimi qüvvədə olacaq.

Sürücülərə alternativ yol kimi Zabrat Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə etmələri tövsiyə edilir.