Nabranda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu Nabran qəsəbəsində bir nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.