Türkiyənin Ağrı vilayətində ağır yol qəzası baş verib.

Unikal.org-un "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, Palandökən kəndi ərazisində qeydə alınıb.
Məlumata əsasən, ağır tonnajlı yük maşının daşıdığı qaldırıcı kran mikroavtobusun üstünə düşüb.
Qəza nəticəsində 8 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 4-ün vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisənin səbəbləri araşdırılır.