Masallıda avtomobil 23 yaşlı velosipedçini vurub.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Masallının Seybətin dairəsi yaxınlığında qeydə alınıb.

Masallının Ətcələr kənd sakini, 1994-cü il təvəllüdlü Rıza Mansuroğlu Mansurov velosipedlə hərəkətdə olarkən onu avtomaşın vurub. Yaralı dərhal Masallı rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.