Bakıda 80 yaşlı kişi yaşadığı fərdi evin ikinci mərtəbəsindən yıxılıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Maştağa qəsəbəsində baş verib.

1937-ci il təvəllüdlü Abbasov Ağamirzə Hüseyn oğlu özünə məxsus fərdi evin ikinci mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan ahıl kişi 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ağamirzə Abbasovun həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.