Ağstafada yanğın qeydə alınıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Ağstafa rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan kürsülu, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.